İrandakı qəzada ölən zəvvarların sayı 28-ə çatdı

  • By admin
  • 09 Noyabr 2016 18:35

qeza_247676776

 

İranın cənubunda Fars əyalətində avtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı artıb.

Gununsesi.info-nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlərin sayının 28-ə çatdığı, 12 nəfərin xəsarət aldığı bildirilir.

Xatırladaq ki, yol qəzası noyabrın 8-də İranın Fars vilayətində avtobusun iştirakı ilə baş verib. Zəvvarları Yezd şəhərindən Kərbəlaya daşıyan avtobusda olan 40 zəvvardan 20-nin öldüyü, digər 20 nəfərin isə yaralandığı deyilirdi.

 

Gununsesi.info