İrandakı səfirimiz təxliyə barədə məlumat yaydı

  • By Admin2
  • 06 Mart 2026 14:53

“Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş Konsulluğunun təxliyəsi barədə göstəriş verilib”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə özünün Facebook səhifəsindəki paylaşımında bildirib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirlən bugünkü mətbuat konfransında deyib ki, Prezident İrandakı səfirliyin və Təbrizdəki Baş konsulluğun heyətinin evakuasiyası barədə tapşırıq verib.