İrandakı seçkilərdə səsvermə 3 dəfə uzadıldı – Nəticələr hesablanır

  • By admin
  • 02 Mart 2024 08:55

 İranda parlament seçkiləri üçün 3 dəfə uzadılan səsvermə müddəti yerli vaxtla saat 24:00-da başa çatıb.

Gununsesi.info xəbər verir ki, İranın Konstitusiya Keşikçiləri Şurasının (AKK) sözçüsü Hadi Təhannezif açıqlamasında daha müddətin uzadılmayacağını və səsvermə prosesi başa çatdıqdan sonra səslərin hesablanmasına başlanılacağını bildirib.

Təhannezif seçki zamanı heç bir problemin olmadığını bildirib.

Ölkədəki seçkilərdə iştirak nisbətləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Dünən yerli vaxtla saat 08.00-da başlamalı və saat 18.00-da bitməli olan səsvermə, seçicilərin səsverməni davam etdirməsi səbəbindən 3 dəfə uzadıldı.

Seçicilər 50 mindən çox mərkəzdə qurulan seçki qutularında yerli vaxtla saat 24:00-a qədər səs verməyə davam ediblər.

İranda 61 milyon 172 mindən çox seçici var.

İran parlamentində 290 yer uğrunda ölkə üzrə 15 mindən çox namizəd mübarizə apardığı halda, Ekspertlər Məclisində 88 yer uğrunda seçkilərdə 144 namizəd iştirak edir.

 

Gununsesi.info