Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hücumlar nəticəsində 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilir.

Parlamentə edilən hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İkinci hücum isə Ayətullah Xomeyninin türbəsi qarşısında baş verib. Türbəyə 3 nəfərin hücum etdiyi qeyd olunur. Burada 1 kamikadze özünü partladıb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Digər 2 şəxs isə həbs edilib.

Parlamentə hücum edən şəxslər də 3 nəfər olub.

Onlardan biri həbs edilib.

Digər şəxsin isə üzərində partlayıcı var. Hazırda polislər onu mühasirəyə alıblar. Əməliyyatlar davam edir.

Gununsesi.info