“İrandakı türklük məsələsi həllinə qovuşdurulmalıdır” – Tarixi, beynəlxalq toplantı / VİDEOLAR-FOTOLAR

  • By admin
  • 29 İyun 2023 11:48

Qlobal İnteqrasiya və Dialoq Mərkəsinin Başqanı Dr. Yasəmən Qaraqoyunlunun başçılığı ilə “İranın gələcəyində türklər” mövzusunda önəmli beynəlxalq toplantı keçirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, toplantıda İrandakı türklərin məsələsinin həllinə qovuşdurulması mövzusu müzakirə edilib.

Toplantıya Azərbaycanın paytaxtı Bakıdakı 10 millətçi qurumun yaratdığı “Azərbaycan Millətçilər Birliyi” da qatılıb.

Beynəlxalq konfransın təşkilatçısı Yasəmən Qaraqoyunlu konfransdakı çıxışı zamanı İran, Azərbaycan və Türkiyə türklərinin konfederativ birliyini qurmağı hədəflədiklərini söyləyib. Dr. Qaraqoyunlu vurğulayıb ki, İrandakı 50 milyon türkün qatılmadığı işdə bir Türk Birliyindən bəhs edilə bilməzdir.

“Bunun üçün İrandakı türklük məsələsi həllinə qovuşdurulmalıdır.  İstəyimiz Türkiyə, İran, Qafqaz və Azərbaycan türklərinin, yəni, 150 milyonluq bir gücün irtaq iradəsini yaratmaq, ortaq strategiyasını qurmaq və bu coğrafiyanın gələcəyi üçün ortaq hərəkət etməkdir. Bakı-Təbriz-Ankara mərkəzli bir birlik qurmaq istəyirik. 150 milyon türk Çin, Rusiya və İranın əsiridir. Dünyada 350 milyon türk yaşayır. Onlar İranda farslaşdırma, digər ölkələrdə ruslaşdırma, çinliləşdirmə siyasətinin qarşısında əsirdir. Bizim çalışmalarımız onların qatqısı olmadan bir türk birliyi qurula bilməz. Bizim işlərimiz bu əsir olan türklərin gələcəyi, mövcud durumları və onların müstəqilliyinə qovuşmaları yönündədir”.

 

“Türk Dövlətləri Təşkilatı 2040” vizyonu çərçivəsində gerçəklədirilən konfransa Fransa, Amerika, Almaniya, Türkiyə, Azərbaycandan olan 30-dan çox alimlər və  akademiklər qatılıb. “İranın gələcəyində türklər” adlı beynəlxalq toplantıda Əfqanıstan, Suriya, İraq, İran və Şərqi Türküstan türklərinin durumu müzakirə edilib.

Konfrans türk dünyasının problemlərinə bir həll məqsədi ilə keçirilir.

Toplantıda Yasəmən Qaraqoyunlu ilə yanaşı, jurnalist Rüfət Muradlı, Elmar Elminur, Xətai Allahverdiyev, Abil Babaoğlu, jurnalist Mustafa Gürbüz, Firuddin Əmhədli, Qələndər Muxtarlı, Paşa Həsənli, deputat Sabir Rüstəmxanlı, Sinan Oğan, Ərşad Salehi, Zəfər Partiyasının sədri Ümid Özdağ, Prof. Cihad Yayçı, Nəsib Nəsibli, AK Partiyadan olan millət vəkili İbrahim Ufuk Kaynak, Firuddin Ağasıoğlu, Prof. Hasan Oktay, Mehmet Ceylan, Babək Cavanşir, Tümen Gencehan, Əli Şamil, Mahir Nakip, Halit Kanat, Əsəd Tağızadə, Cuma Boreş, Nuriyyə Şərifi, Sədiqə Ədalətli, İsmail Cingöz, Ömər Kul, Haşim Həmdəm kimi isimlər də iştirak edib.

Xatırladaq ki, növbəti konfrans Hindistan və Pakistanda məskunlaşmış, öz Babur dövlətini itirmiş 65 milyonluq Muğal (Babur İmperatorluğu Türkləri) türklərinin durumuna həsr olunacaq.

 

 

Tərcümə: Arzu 

Gununsesi.info