İrandan 61 amerikalıya SANKSİYA

  • By admin
  • 16 İyul 2022 21:16

İran 61 ABŞ vətəndaşına sanksiya tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Sanksiya tətbiq edilən şəxslərdən biri ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeodur.

Mühacirətdə olan mücahidin-e-Xalq (MEK) qruplaşmasına dəstək ifadə etdiyi üçün İran Xarici İşlər Nazirliyi tərəfindən qara siyahıya salınan şəxslər arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkili Rudi Culiani və Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton da var.

İran yanvarda 51, apreldə isə daha 24 amerikalıya sanksiya tətbiq edib.

Gununsesi.info