ABŞ İranın daxili işlərinə qarışmaq və iğtişaşları qızışdırmaq cəhdlərində uğursuz olacaq.
Gununsesi.info “rt.com”-a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani deyib.
Onun bəyanatı ABŞ prezidenti Co Baydenin İran İslam Respublikasında hökumət əleyhinə etirazları dəstəkləməsindən sonraya təsadüf edib.
Qeyd edək ki, cümə günü Oreqon ştatının Portlend şəhərində jurnalistlərə danışan Bayden İran hökumətini zalım adlandırıb. O, küçəyə çıxan qadınların cəsarətindən təəccübləndiyini bildirib.
Gununsesi.info