İrandan ABŞ-a cavab

  • By admin
  • 30 İyul 2017 11:21

iran_3

İran İslam Şura Məclisinin (parlament) Milli təhlükəsizlik komissiyası ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə mübarizəyə dair qanun layihəsini qəbul edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, komissiyanın sözçüsü Hüseyin Nakavi xarici işlər nazirinin müavinləri Abbas Əraqçı və Hasan Kaşkavi ilə fövqəladə toplantı keçirdiklərini bildirib.

Toplantıda ABŞ Konqresinin iyulun 27-də qəbul etdiyi sanksiya qərarı və İranın atacağı cavab addımları barədə müzakirə aparılıb. Müzakirələrdən sonra Milli təhlükəsizlik komissiyası ABŞ-ın sanksiyaları ilə mübarizəni nəzərdə tutan qanun layihəsini qəbul edib.

Xarici işlər nazirinin müavini Abbas Əraqçı “Fars” agentliyinə açıqlamasında bildirib ki, ABŞ İrana qarşı yeni sanksiya qərarı ilə Tehranla “Altılığ”-ın arasında əldə edilən nüvə razılaşmasının 26, 28 və 29-cu maddələrini pozub. A. Əraqçı İranın ABŞ-a mütləq cavab verəcəyini bəyan edib.

Gununsesi.info