İrandan Amerikaya sərt cavab: Təhlükəyə atan sizsiniz

  • By arzu
  • 16 May 2023 12:53

İranın Xarici İşlər Nazirliyinin sözcüsü Nasir Kənanı Amerikanın İranla ittihamlarına cavab verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İran rəsmisi ABŞ-ın söylədiyinin tam əksinə, ölkəsinin regional və ölkələrarası sularda dəniz təhlükəsizliyini və gəmilərin Hörmüz Boğazından təhlükəsiz şəkildə keçidini təmin etdiyini söyləyib.

Kənanı ABŞ-ın iddialarının əslsiz olduğunu söyləyərək bunları cəfəngiyyat adlandırıb.

Xatırladaq ki Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Rabitə Koordinatoru Con Kerbi günlər öncə İranı Bəsrə Körfəzi və Hörmüz Boğazındakı dəniz nəqliyyatının təhlükəsizliyini təhlükəyə salmasına aid ittihamlar səsləndirmişdi. O, İranı sabitlik və təhlükəsizliyi təhdid altında qoymaqda günahlandırmışdı.

Tərcümə: Arzu

Gununsesi.info