İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs tutuldu

  • By admin
  • 11 İyul 2018 11:11
Картинки по запросу metadon adlı həb
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük nəzarəti keçirilib.
Komitədən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı idman çantasında, 4 ədəd plastik dərman qablarının içərisində ümumilikdə 599 ədəd metadon adlı həb aşkar edilib.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir və 599 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 23,96 qram təşkil edir.