İrandan Azərbaycana növbəti dəstək: Dağlıq Qarabağ Azərbaycan torpağıdır

  • By admin
  • 03 Oktyabr 2023 11:39

İran Azərbaycana növbəti siyasi dəstəyini bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin sözcüsü Nasir Kənani etdiyi açıqlamasında Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayıb.

İran rəsmisi Qadqaz bölgəsinin geopolitikasının yenidən şəkilləndirilməsinin gərəkli olduğunu bildirib.

Nasir Kənani İranın Azərbaycanın Dağlı Qarabağdakı suverenliyini tanıdığını söyləyib.

Kənani, həmçinin ölkəsinin beynəlxalq sərhədlərin dəyişdirilməsinə qarşı olduğunu dilə gətirib.

“İşğal altındakı Dağlıq Qarabağ bölgəsinin Azərbaycana qayıtmasını hər zaman dəstəklədik”, – deyə İran rəsmisi açıqlayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info