İrandan bu ölkələrin sanksiyalarla bağlı bəyanatına reaksiya

İran Avrotroyka – Almaniya, Fransa və Böyük Britaniyanın Rusiyanı ballistik raketlərlə təchiz etdiyi iddiasına görə İslam Respublikasına qarşı sanksiyalar tətbiq etmək planları ilə bağlı birgə müraciətinə cavab verəcək.

Gununsesi.info xəbər verir ki,unu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.

“Üç Avropa ölkəsinin bu addımı Qərbin İran xalqına qarşı düşmənçilik siyasətinin və iqtisadi terrorizminin davamıdır və bu, müvafiq və mütənasib addımlarla qarşılanacaq”, – deyə diplomat xəbərdarlıq edib.

O, həmçinin Tehranın Moskvaya raket ötürməsi ilə bağlı məlumatları bir daha yalan və əsassız adlandırıb.

Sentyabrın 2-də Bloomberg mənbələrə istinadən yazıb ki, Tehran yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırır.

Məqalə müəlliflərinin fikrincə, Rusiya Federasiyası bu mərmilərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə hazırlaşır.

Vəziyyəti şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu tipli məlumatlar həmişə reallığa uyğun gəlmir.

Sentyabrın 10-da London, Paris və Berlin birgə bəyanat yayaraq, Rusiyaya ballistik raketlərin və digər silahların tədarükündə iştirak etdiyi iddia edilən əsas təşkilatları və şəxsləri müəyyən etmək niyyətində olduqlarını bildiriblər.

Həmçinin, bildirilib ki, İran Hava Yollarına qarşı sanksiyaların tətbiqi planlaşdırılır.

 

Şəbnəm

Gununsesi.info