İrandan Çin firmasına 2,5 milyard dollarlıq tender – Böyük layihə nə üçündür?

  • By admin
  • 28 Avqust 2023 14:36

İran İslam Respublikası Çin şirkəti ilə 2,5 milyard dollarlıq anlaşma imzalayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İmam Xomeyni Beynəlxalq Hava limanının Baş idarəçisi olaraq çalışan Said Çalandari açıqlamasında hava limanının ikinci mərhələsi üçün Çin şirkəti ilə razılaşma əldə edildiyini bildirib.

Çalandari açıqlamasında bu layihəni davam etdirmək üçün bir neçə yerli və beynəlxalq şirkətlərlə edilən müzkirələrdən sonra seçim edildiyini bildirib.

Ancaq İran tərəfi bu ödənişi xam petrolun maliyyə qaynaqları, cihaz və texniki xidmətlərlə “barter” etməsinə fürsət tanıyan bir əvəzetmə mexanizması ilə gerçəkləşdirəcək.

İranın ən böyük hava limanı olan İKA paytaxt Tehranın 25 km. cənub-qərbində yerləşir.

Hava limanı 29 böyük beynəlxalq hava yolu şirkətinə xidmət verir. Dünya çapında 64 nöqtəyə uçuş gerçəkləşdirir.

İran İKA-nı regional bir hava mərkəzinə döndərmək üçün böyük genişləmə layihələri planlaşdırmışdı, ancaq bu layihələrdən bəziləri son illərdə Amerikanın ölkəyə aid sanksiyalarına görə dayandı.

Nəqliyyat nazirliyi İKA-nın ikinci mərhələsinin inkişaf etdirilməsi üçün gerçəkləşdirmə işlərinin tamamlandığını bildirən Çalandari layihənin hava limanının cənubunda yer alan 410 min hektarlıq bir sahədə gerçəkləşdirildiyini söyləyib.

İKA-nıın yeni terminalının çağdaş cihaz və infrastruktura sahib olacağı və hava limanının mövcud təsislərdən müstəqil olaraq işləyəcəyini vurğulayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info