İrandan Dağlıq Qarabağ açıqlaması

  • By admin
  • 10 Noyabr 2020 17:18

İran Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı bəyanatını alqışlayıb.

Gununsesi.info xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

“İran Rusiyanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik rolunu və atəşkəsi alqışlayır. İki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsi və bütün vətəndaşların hüquqlarını təmin etməsi zərurətini vurğulamağa davam edirik”, – Vaezi qeyd edib.

Onun fikrincə, münaqişə tərəfləri beynəlxalq normalara əməl etsələr, danışıqlar və siyasi yol bu böhrana son qoya bilər.

Bundan başqa, İran Prezidenti Həsən Ruhani də açıqlama verib: “Bakı və İrəvanın hərbi əməliyyatları dayandırmaq və diplomatik həll prosesinə başlamaq qərarından məmnunuq. Bölgədə daimi təhlükəsizlik yalnız qarşılıqlı əlaqə və əməkdaşlıq sayəsində mümkündür”.

Gununsesi.info