İrandan narkotik keçirən qadınlara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməkdə təqsirli bilinən İbrahim Əhmədov, Aynur Abdullayeva və Xalidə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA -nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb. Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, adıçəkilən şəxslər ötən il iyunun 30-da tutulublar.
Gununsesi.org