İrandan növbəti dəfə narkotik vasitə keçirilməsinin qarşısı alındı

  • By admin
  • 24 Avqust 2016 11:09

gomruk

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 0,52 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info