Irandan sevindirici xəbər gəldi: “Dərmanı tapdıq,10 gün ərzində satışa çıxacaq”

  • By admin
  • 21 Mart 2020 19:46
Çində ortaya çıxan və 11 min 570 nəfərin ölümünə səbəb olan yeni növ koronavirus bütün dünyada təsirini davam etdirərkən İrandan virusun müalicəsi ilə bağlı önəmli bir açıqlama gəlib.
İran Qida və Dərman İdarəsinin rəisi Məhəmmədrza Şanesaz koronavirusla mübarizədə istifadə ediləcək dərmanın 7-10 gün içində satışa çıxarılacağını açıqlayıb.
Gununsesiaz.info xəbər verir ki, koronavirusla mübarizədə istifadə ediləcək dərmanın ilk xam maddəsinin dünən ölkəyə gətirildiyini söyləyən Şanesaz dərmanın tamamilə yerli istehsal olduğunu deyib. Sözügedən dərmanın klinik testlərinin uğurla aparıldığı və bəzi xəstələrdə sınaqdan keçirildiyi vurğulanıb.
Qeyd edək ki, virusa yoluxan şəxslərin sayının 20 min 610 olduğu açıqlansa da, ölənlərin sayının min 556 olduğu bildirilib.
Gununsesiaz.info