İrandan sonra daha bir ölkədə polis şiddəti: İnsanlar küçələrə axın etdi - VİDEO

Sentyabrın 16-da İranda “geyim qaydalarına əməl etmədiyi” səbəbilə əxlaq polisi tərəfindən saxlanılan, daha sonra komada xəstəxanaya yerləşdirilən Məhsa Əmininin ölümü ölkədə hiddətə səbəb olub.

 Gununsesi.info Turkustan.az-a istinadən  xəbər verir ki, ölkənin bir çox yerlərində, xüsusən də Tehranda etiraz aksiyaları keçirildiyi halda, Tunisdə də oxşar hadisə baş verib.

PAYTAXTDA TƏŞKİL OLUNUR

Tunisli Malik əs-Səlimi polisdən qaçarkən boynundan və kürəyindən aldığı xəsarətlərə görə təxminən bir ay reanimasiyada olub. Es-Səlimi bir ay reanimasiyada qaldıqdan sonra dünyasını dəyişərkən, oktyabrın 14-də dəfnindən sonra paytaxtda nümayişlər başlayıb.

VƏTƏNDAŞLAR İLƏ POLİS ARASINDA ETİRAZLAR YAŞANIB

Təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmada daş, şüşə butulka, molotov kokteyli və atəşfəşanlıq atan etirazçıları dağıtmaq üçün rezin güllələr və gözyaşardıcı qazdan istifadə edilib.

Gununsesi.info