
Türkiyə ilə sərhəddə səddin inşa edilməsi İranın milli mənafeyinə zidd deyil.
Axar.az xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının nümayəndəsi Murtuza Safari deyib.
“PKK terrorçularının girişinin qarşısını almaq üçün bu divarın inşa edildiyi bildirilir. Sədd qeyri-qanuni daxilolmaların qarşısını aldığı üçün İranın da mənafeyinə uyğundur. Yəni biz də sərhədlərimizi qorumuş olacağıq. Türkiyənin bu insiativinə mənfi yanaşa bilmərik”, – Safari bildirib.
Qeyd edək ki, sözügedən səddin uzunluğu 144 km-dir.
Gununsesi.info