İrandana Taliban açıqlaması: Problem həll edildi

  • By admin
  • 29 May 2023 18:06

İranın Daxili İşlər Naziri Əhməd Vahidi Talibanla olan sərhəd gərginliyi haqqında açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Vahidi  sərhəddə yaşanan toqquşmaların ardından Taliban rəsmiləri ilə görüş keçirdiklərini bildirib.

Dialoqdan sonra sərhəddəki problemin həll edildiyini və təhlükəsizliyin təmin edildiyini bildirən İran rəsmisi İranın Sərhəd Mühafizləri və Taliban qüvvələri haqqında toqquşma haqqında bunları söyləyib:

“Laızmı qarşılığı verdik. Qısa müddətli toqquşma yaşandı. Taliban tərəfi ilə görüşlər keçirildi. Problem həll edildi. İndi problem yoxdur, sərhəd sakit və açıqdır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info