İranı ayağa qaldıran 22 yaşlı Əmini kimdir? - VİDEO

Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkədə kütləvi etirazlar başlayıb.

Gununsesi.info  məlumat verir ki, aksiyaların qarşısını almaq çətinləşib. Qəzəbli xalq İranın ali-dini lideri Seyid Əli Xameneyinin şəkillərini yandırır, qadınlar isə hicablarını yandıraraq etiraz edirlər.

İranı ayağa qaldıran 22 yaşlı Məhsa Əmini kimdir?

Məhsa Əmini Saqqez şəhərində anadan olub. 22 yaşlı qız ziyalı ailəsində böyüyüb. Məlumata görə, o, Urmiya Universitetinə qəbul olunub.

Ölümünə səbəb isə hicabını düzgün taxmamağı olub. Belə ki , Məhsa ailəsi ilə İrana qohumlarıgilə gəlib və sentyabrın 14-də Tehranda metrostansiya yaxınlığında qardaşı ilə birlikdə olub. Bu an isə Əxlaq Təhlükəsilzik Polisi Əminini saxlayıb. Bildirilib ki, o, dindirildikdən sonra azad buraxılacaq. Lakin çox keçmədən Mehsa Qəsrə xəstəxanasına aparılıb. İlkin diqnoza görə, o, başından güclü zədələr alıb, infarkt keçirərək komaya düşüb.

İki gün xəstəxanada qalsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.

Bununla da ölkədə kütləvi etirazlar başlayıb.

Gununsesi.info