İranın ən böyük neft-kimya zavodlarından birində güclü yanğın olub

İranda yerləşən “Khark Petrochemical” şirkətinin neft-kimya zavodlarından birində güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın “Gənc Jurnalistlər Klubu” agentliyi məlumat yayıb.

HTML tutorial

Yanğının nə qədər ərazini əhatə etdiyi və şirkətə dəyən ziyanın miqdarı hələlik müəyyən edilməyib.

Qeyd edək ki, İranın “Khark Petrochemical” şirkəti 1967-ci ildən fəaliyyət göstərir.