Regionda gərginliyin artması fonunda ABŞ Mərkəzi Komandanlığının komandanı Maykl Erik Kurilla Yaxın Şərqə səfərinə başlayıb.
Gununsesi.info xəbər verir ki, “Axios” xəbər saytının bazar günü dərc etdiyi xəbərə görə, Hizbullah hərbi komandiri Fuad Şükri və Həmas liderinin öldürülməsindən sonra İranın 5 avqust bazar ertəsi İsrailə hücum edəcəyi iddia edilib.
Üç amerikalı və İsrail rəsmisinin fikirlərinə əsaslanan xəbərdə İrandan mümkün cavab tədbirinin aprelin 13-də İsrailə edilən hücuma bənzəyəcəyi gözlənilsə də, onun əhatə dairəsi daha geniş ola bilər. Hücumda Hizbullahın da ola biləcəyinin düşünüldüyü də bildirilib.
Həmas lideri Haniyə çərşənbə günü İranın paytaxtı Tehranda, çərşənbə axşamı isə Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək səviyyəli komandirlərindən biri olan Şükürə sui-qəsd nəticəsində öldürülüb.
Ardıcıl sui-qəsdlərdən sonra Yaxın Şərqdə gərginlik daha da artıb. İran Tehrandakı sui-qəsdə görə qisas alınacağını desə də, İsrail tərəfi oktyabrın 7-də HƏMAS yaraqlılarının hücumuna cavab olaraq “müharibənin alovunu alovlandıran” liderlərin öldürüləcəyini vəd edib.
ABŞ Ordusu Mərkəzi Komandanlığının (CENTCOM) generalı Maykl Kurillanın şənbə günü Yaxın Şərqə gəldiyi də bildirilib.
Kurillanın Yaxın Şərq səfəri çərçivəsində İordaniya və İsraildə olacağı gözlənilir. Bu səfərin İsrailin Hizbullah və İranla gərginliyindən əvvəl planlaşdırıldığı bildirilərkən, Kurillanın İsraili İranın hücumlarından qorumaq üçün aprelin 13-də qurduğu regional və beynəlxalq koalisiyanı canlandıracağı iddia edilib.
ABŞ-ın Yaxın Şərqə döyüş təyyarələri donanması daşıyan təyyarədaşıyan gəmi göndərmək planı cümə günü açıqlanıb.
Bu açıqlama ABŞ prezidenti Co Baydenin regionda gərginliyin daha da artması ehtimalından “narahat olduğunu” bildirməsindən bir gün sonra verilib.
Bayden administrasiyası Haniyənin ölümü ilə nəticələnən hücumdan sonra Yaxın Şərqdə anti-İsrail əhval-ruhiyyəsinin daha da sərtləşəcəyindən və aprelin 13-də Kurilanın təşəbbüsləri ilə yaradılan regional və beynəlxalq koalisiyanın bu dəfə qurulmayacağından narahatdır.
Bu səbəbdən ötən gün Yaxın Şərqə çatan yüksək rütbəli generalın İsraillə yanaşı İordaniya və bəzi Körfəz ölkələrinə də səfəri gözlənilir.
Xüsusilə İordaniya Kurilla üçün mühüm dayanacaq olacaq. 13 aprel hücumunda İordaniya Krallığı İranın İsrailə göndərdiyi pilotsuz uçuş aparatlarını (PUA) vuraraq, hava məkanını İsrail reaktivlərinə açmış və hücumun uğursuzluğunda mühüm rol oynamışdır.
Şəbnəm
Gununsesi.info