“Trampın hələ mart ayında “məğlub etdiyi” İran ABŞ-a qarşı qalib ölkə kimi şərtlər irəli sürür”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçı İsmayıl Qoşqay deyib:
“Deyir Vaşinqton aşağıdakı 5 şərti yerinə yetirməsə, ABŞ-la danışıqların 2-ci raunduna razılıq verilməyəcək.
- Müharibənin bütün cəbhələrdə dayandırılması
- Müharibədə dəyən ziyanın ödənilməsi
- Dondurulmuş aktivlərin qaytarılması
- Bütün sanksiyaların ləğvi
- Hörmüz boğazı üzərində suverenliyin tanınması.
Eyni zamanda Amerikalı politoloq və nüfuzlu xarici siyasət eksperti, Tanınmış ABŞ diplomatı Viktoriya Nulandın həyat yoldaşı olan Robert Kaqanın fikirincə də Vaşinqton İrana qarşı müharibəni uduzub, çünki İrana nəinki öz şərtlərini qəbul etdirə bilmədi, əksinə İran ABŞ-ın etibarsızlığını ifşa edərək strateji Hörmüz boğazına nəzarəti saxlamaqla özünün regionda əsas oyunçu statusunu gücləndirdi”.
Afət












