İranın Ali Məhkəməsi Donald Trampı beynəlxalq axtarışa verib

  • By admin
  • 29 İyun 2020 15:51

İranın Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsini istəyib.

Gununsesi.org İran KİV-inə istinadən xəbər verir ki, bunu Tehran prokuroru Əli Mehr bildirib.

O qeyd edib ki, D.Trampın İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qanadının komandanı Qasım Süleymaninin ölümündə günahkarlardan biridir və dövlətlərarası axtarışa verilən şəxslərin siyahısına salınmalıdır.

Prokurorun sözlərinə görə, Q.Süleymaninin ölmündə 36 nəfərin iştirakı təsbit olunub : “Donlad Tramp başda olmaqla onlar terrorçuluq və qətldə ittiham edlirlər”.

 

 

Gununsesi.org