İranın atdığı raket toyu məhv etdi - BƏYLƏ GƏLİN QAÇDI

  • By admin
  • 12 May 2018 14:00

Suriyada İsrail dövlətinin nəzarət etdiyi zonada toy zamanı İran Silahlı Qüvvələrinin atdığı raket qonaqları qorxudub.

Gununsesi.info bildirir ki, əvvəl hava təhlükəsi siqnalı verilib, sonra raketin özünü görən qonaqlar və bəylə gəlin  mərasim zalından qaçmağa başlayıblar.

Məlumat üçün bildirək ki, 10 may gecəsi Suriya ərazisində İran silahlı qüvvələri İsrailin mövqelərinə təxminən 20 raket zərbəsi endirib.

Gununsesi.info