ABŞ və İsrailin İrana hücumu regionumuzun gələcəyinə dair ciddi narahatlıq yaradıb.
Gununsesi.info bildirir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid də bu narahatlıq haqqında danışıb.
“Hamımız dərin narahtlıq, səksəkə içindəyik. Qonşuda yanğındırsa necə biganə qalmaq olar?
Bu müharibənin tez bitməsini, əmin-amanlıq yaranmasını arzulayırıq. Cənubdakı yurddaşlarımızın gələcək taleyi bizim üçün də həyati əhəmiyyət kəsb edir. İranın axırı necə olacaq, yurddaşlarımız necə bir dövlətdə yaşayacaqlar, ən adi haqqlarına qovuşa biləcəklərmi?
Azərbaycanımızın səmasının da təhlükəsizlik məkanı olduğundan qürur duyuruq. Dünyaya Bakı pəncərəsindən baxmaq ən doğru addımdır.
Tanrı Vətənimizi və arzularımızı qorusun!”
Firuzə Mahmudova
Gununsesi.info










