İranın Azərbaycana avtomobil idxalatına başlayıb - FOTO

  • By admin
  • 02 Fevral 2018 17:42

İranın SAİPA avtomobil şirkəti Azərbaycana avtomobil idxalatına başlayıb.

Bu barədə Gununsesi.info-ya açıqlamasında İranın Azərbaycandakı səfirinin kommersiya məsələləri üzrə attaşesi Mühəmməd İbrahim Nağızadə deyib.

Onun sözlərinə görə, SAİPA şirkəti “Saina” modelini artıq bir neçə aydır ki, Azərbaycana idxal etməyə başlayıb.

Diplomat onu da bildrib ki, əvvəllər də SAİPA avtomobilləri Azərbaycana idxal olunurdu, lakin müəyyən səbəblərdən bu idxalat dayandırılmışdı: “Lakin ötən il aparılan danışıqlardan sonra bu avtomobilin yenidən Azərbaycana idxalı bərpa olundu”.

“Saina” modeli Avropa – “Euro IV” standartlarına cavab verir. Motorun həcmi 1,5 kubmetrdir. Avtomobil ABS və EBD ilə təmin olunub.

Mürtəza

Gununsesi.info