İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə olacaq.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədəİran Xarici işlər Nazirliyinin sözçüsü Bəhram Qasimi məlumat verib. B. Qasimi bildirib ki, hazırda təyinatın rəsmiləşdirilməsi üçün işlər gedir: “Təyinatın rəsmi elan olunmamasının səbəbi budur ki, biz etimadnamə imzalananadək onun adını açıqlamırıq. Hazırda bu vəzifəyə Cavad Cahangirzadə namizəddir və o, yaxın vaxtlarda vəzifəsini yerinə yetirmək üçün Bakıya səfər edəcək”.
Qeyd edək ki, C. Cahangirzadə İran Şura Məclisində Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən nümayəndə olub. O, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi olub, ölkənin milli təhlükəsizlik üzrə strateji araşdırmalar mərkəzində ekspert və müdir kimi çalışıb.

Gununsesi.info