İranın Azərbaycandakı Səfirliyində yanğın oldu

  • By arzu
  • 09 Dekabr 2019

İranın Azərbaycandakı Səfirliyində yanğın olub.

Gununsesi.org-un Trend-ə istinadən məlumatına görə, yanğın Səfirliyin binasında otaqlardan birində olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, yanğın binada təmir aparılan otaqlardan birində baş verib. FHN əməkdaşlarının səyi nəticəsində yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Gununsesi.org