İranın Azərbaycan səfiri XİN rəhbərinə hesabat verdi

  • By admin
  • 25 İyul 2022 10:42
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Azərbaycan Respublikası ilə əlaqələrin hərtərəfli genişləndirildiyini vurğulayıb.
Gununsesi.info bu barədə ISNA agentliyinə istinadən xəbər verir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi dünən axşam saatlarında ölkənin xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşərək İran və Azərbaycan arasında ikitərəfli münasibətlərdəki son hadisələrə dair hesabat təqdim edib.
Bu görüşdə Hüseyn Əmirabdullahian qonşularla, xüsusilə də müsəlman ölkələri ilə əlaqələrin vacibliyinə diqqət çəkərək, ölkəsinin Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək iradəsini vurğulayıb və lazımi göstərişləri verib.
Gununsesi.info