Abbas Musəvi Qafanda konsulluq açılmasına münasibət bildirdi - VİDEO

  • By admin
  • 05 Yanvar 2022 18:36

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Baku TV-nin qonağı olub.

Gununsesi.info xəbər verir ki, o, “Üzbəüz” verilişində Azərbaycan-İran münasibətlərindən danışıb.

Səfir bildirib ki, ölkələr arasında gərginliyin aradan qaldırılmasında hər iki dövlət başçısının böyük rolu olub. Diplomat iki ölkə arasında ticarət mübadiləsi həcminin 1 milyard dollardan artıq olmasının planlaşdırıldığını bildirib:

“Həmçinin 8 illik müharibə dönəmində bizim minalardan təmizlik sahəsində çox böyük təcrübəmiz var. Biz Azərbaycan ərazisinin də minalardan təmizlənməsi prosesində əməkdaşlıqda maraqlıyıq. İki ölkə arasında gediş-gəlişin asanlaşdırılması da müzakirə olunub. İran Bakıya uçuşlar həyata keçirəcək”.

Səfir Zəngəzur dəhlizinin açılmasına münasibət bildirib:

“Biz regionda nəqliyyat marşrutları və kommunikasiya xətlərinin yenidən açılmasının tərəfdarıyıq. Azərbaycan ilk dəfə “3+3” formatı ilə çıxış etdi və İran da bu format dəstəkləyir”.

Həmçinin İranın Ermənistanın Qafan şəhərində konsulluq açmasının səbəbi izah edilməyə çalışılıb.

Gununsesi.info