İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi küçə Yevda Abramovun adı ilə əvəzləsin – Tanınmış vəkildən təklif

  • By admin
  • 08 Yanvar 2021 10:55

Tanınmış vəkil Ceyhun Yusifov Bakıda yerləşən İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb.

 

Bu barədə vəkil özünün “Facebook” səhifəsində yazıb.
Ceyhun Yusifov bildirib ki, İranın paytaxtı Tehranda türklərin daha çox yaşadığı küçəyə erməni Andranikin adını veriblər, hətta Tehran meri də, açılışda erməni lobbisinin rəhbərləri ilə birgə iştirak edib:
“Bu həssas məqamda ” küçə söhbətinin” məqsədi hamımıza tam aydındır. Mən nə təklif edərdim? İlk öncə Tehranın Bakıdakı Səfirliyinin yerləşdiyi bolşevik Bünyad Sərdarov adına olan küçə dəyərli ziyalımız, yəhudi əsilli, böyük azərbaycanlı Yevda Abramovun adı ilə əvəzləsin. Hesab edirəm ki, bu Yevda müəllimin adının əbədiləşməsinə ən doğru töhfə olar. Bununla həm küçəmiz bolşevik Sərdarovdan xilas olar, həm də Andranikin adına küçə verənlərə əbədi dərs olmaqla yanaşı, Yevda müəllimin ruhunu şad etmiş olarıq. Necədir, dostlar bəyəndiz təklifimi?”.
Gununsesi.info