“İranın Kəşfiyyat nazirliyi Azərbaycan Dövlət televiziyasını düşmən media elan edib. Xain xoflu olar. Həqiqət acı olar, deyiblər. İranın anti-İslam, anti-insani rəftarını, həmçinin ölkəmizə, xalqımıza, dövlətimizə qarşı təxribatçı addımlarını ifşa edib obyektiv mülahizələr aparan AZTV-nin düşmən elan edilməsi mənfur rejimin əsl iblis xislətini bir daha üzə çıxarır”.
Bunu Gununsesi.info -ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib:

“Bunu açıq deyirəm, dəfələrlə də sübut etmişəm ki, İran rejiminin ideologiyası türkün və türklüyün, İslamın və müsəlmanlığın, insanın və insanlığın düşmənidir. Müqəddəs dəyərləri, dini şəxsiyyətlərin orbazını mənfur planlarına sipər, örtük, alət etməklə əslində dini, mənəvi dəyərləri məhv edir, içindən çürüdürlər. Vaxtilə bu rejimin Qərb tərəfindən dəstəklənib qurulmasında da əsas məqsəd məhz bu olmuşdur. Müsəlman aləminin vəhdətini hər zaman pozan, məzhəb fitnəsi alovlandıran, dünyaya narkotik və zəhərli ideologiya ixrac edən bu rejim səlibçi məfkurədə olan dairələrin həmişə işinə yarayıb.
Ölkəmizdə İranın bəslədiyi ictimai fiqurlar, din adamları, müxtəlif peşələr adı altında pərdələnmiş təqiyyəçi qruplar var. Bunları İran rejiminin ideologiyasına, siyasətinə, inancına bələd olan mütəxəssislər hər addım başı görməkdədir, təsirini hiss etməkdədir. O rejimin siyasi müctəhidlərinə hələ də təqlid edən din, məzhəb qiyafəsi geymiş rejim aşiqləri var. O aşiqlər ki, dünyəvi konstitusion quruluşun əleyhinə, əl altdan “kərim dövləti” xülyasında olanların dəyirmanına su tökürlər. Əla məqsədlərini gizlətmək üçün saxta vətənpərvərlik pərdəsinə bürünüb, şəhidləri, digər dəyərləri özlərinə sipər edənlər artmaqda, təsirləri güclənməkdədir. Əvvələr problem təkcə irançı dindarlar, din xadimləri idisə indi problem irançı “politoloqlar”, irançı “jurnalistlər”, irançı “psixoloqlar”, irançı “sosioloqlar”, irançı “tarixçilər”, irançı “araşdırmaçılar”dır. Həsən Səbbahın Həşşaşi dailəri kimi əksər sahələrə təmas ediblər.
İranın ölkəmizdə yayımlanan mediasını məhdudlaşdırmq, kanallarını bloklamaq olar. Lakin ölkə daxilindəki agentura və İran xadimləri bu boşluğu məharətlə doldura biləcəklər. İran agentlərinin əlindən sosial şəbəkələrə daxil olmaq olmur. Məhzəbçilik və tarixi şəxsiyyətlərin obrazı arxasından dövlətə, xalqa, ziyalılara, mötədil ənənəvi inanclarımıza, tolerantlığımıza zərbə vurmaqla məşğuldurlar. Hesab edirəm ki, İran rejiminin dövlət televiziyamıza düşmən münasibətinə ən gözəl cavab və fürsət ölkədə bu mənfur rejimin terrorçu xislətini təbliğ edənlər barədə hüquqi ölçü götürülməklə verilə bilər”.
Şəbnəm












