
Almaniyada naməlum şəxslər İranın Hamburq şəhərində yerləşən baş konsulluğuna hücum edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Hamburq polisi məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər konsulluğun dəmir darvazasına yanan maddə atıblar. Yanğının tez bir zamanda söndürüldüyü, hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilib.
Hadisə yerindən qaçan iki nəfər axtarılır.
Gununsesi.info