İranın Baş qərargah rəisi Moskvaya gedir

  • By admin
  • 16 Oktyabr 2021 15:33

İranın Baş qərargah rəisi Məhəmməd Bagiri Rusiyaya səfər edəcək.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu İranın Rusiyadakı Səfirliyinin hərbi attaşesi Reza Xosravi Mükaddam deyib.

Səfərin Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutacağı vurğulanıb.

Generalın səfər zamanı Rusiyanın rəsmi şəxsləri ilə hərbi sferada, terrorizmlə mübarizədə əməkdaşlıq məsələlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəyi bildirilib.

Səfər gələn həftəyə planlaşdırılıb.

Gununsesi.info