İranın bir neçə şəhərində partlayış səsləri eşidilir

İranın Künarək, Buşəhr və Çoqadaq şəhərlərində bir neçə partlayış baş verib.

Gununsesi.info  bu barədə “Mehr” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, ölkənin cənub-şərqində yerləşən Künarək liman şəhərində üç partlayış səsi eşidilib. Daha iki partlayış isə İranın cənub-qərbindəki Buşəhr ətrafında və onun yaxınlığındakı Çoqadaq şəhərində baş verib.

Mümkün dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Gununsesi.info