İranın bitməyən dəhliz dərdi - VİDEO

İllərdir ermənipərəst və anti-Azərbaycan siyasi xəttini tutan İran bu gün də ənənəsinə sadiqlik nümayiş etdirir.

Cənub qonşumuz torpaqlarımızın 30 illik işğalı dövründə Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirib, birgə layihələr həyata keçirib. İran rəhbərləri müntəzəm olaraq Ermənistanın ovaxtkı liderləri Koçaryan və Sarkisyan kimi cəlladlarla can deyib, can eşidib. Bu gün də erməni qardaşlarının müdafiəsinə qalxan molla rejimi Azərbaycana barmaq sallayaraq hayların timsalında qırmızı xəttini göstərir. Din pərdəsi adı altında öz millətinə cəllad kəsilən bu şəxslər Qarabağın işğalı dövründə məscidlərin, dini-mədəni irsin məhv edilib, təhqir olunmasına lal-kar olublar. İran hakimiyyəti müstəqil və güclü Azərbaycanı özünə qarşı təhlükə qismində görür.

HTML tutorial

İranlı rəsmilərin çıxışlarında xüsusilə toxunduqları məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhlizin mövcudluğunun İranı nəyə görə narahat etməsi ilə bağlı bir çox fikirlər var. Əsas məsələ odur ki, bu dəhliz türk dünyasının üzünə açılan bir qapıdır. Dəhliz mövzusunun reallaşması türk ölkələrinin Cənubi Qafqaza ayaq açması anlamına gəlir. İllərdir türkofob siyasəti ilə tanınan İran bu reallığı qəbul etməkdən qorxur.

Bu gün İran tərəfi ara-sıra Azərbaycanın torpaqlarını düşməndən təmizləməsinə sevindikləri görüntüsü yaratmağa çalışır. Lakin biz cənub qonşumuza bəzi dəyiməz gerçkliyi xatırlatmağı özmüzə borc biliik. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə İranın ermənilərlə əlbir olub torpaqlarımızın altını üstünə çevirmsi, orada talançılıqla məşğul olmasını unutmadıq, unutdurmayacağıq.

Daha ətraflı Baku TV-nin süjetində:

Gununsesi.info