İranın cənub-şərqində 5,6 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 07:50-də Sistan-Bəlucistan əyalətinin Fanuc şəhərində qeydə alınıb.
Zəlzələnin episentri 80 km dərinlikdə olub.
Sistan-Bəlucistan əyalətinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi verdiyi açıqlamada bölgədən dəyən ziyanla bağlı hələlik məlumat daxil olmadığını bildirib.
Gununsesi.info