İranın dəstəklədiyi qrup İsrailin ən böyük hava limanını vurdu

  • By admin
  • 12 Mart 2024 11:10

İraqda İranın dəstəklədiyi “İslami müqavimət” təşkilatı Qəzzada həyata keçirilən hücumlara cavab olaraq İsrailin ən böyük hava limanı olan Ben Qurionu vurduğunu açıqlayıb.

Gununsesi.info bildirir ki, İran mətbuatında yer alan xəbərə görə, İslami Müqavimət dünən gecə Təl-Əviv hava limanını PUA ilə vurduğunu və hücuma aid olduğunu bildirdiyi görüntüləri də yayımlayıb.

Digər tərəfdən, hücum iddiası ilə bağlı İsraildən heç bir açıqlama verilməyib.

İranın dəstəklədiyi təşkilat Qəzzada müharibə başlayandan bəri müxtəlif hədəflərə, o cümlədən ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumlar təşkil edir.

Təşkilat daha əvvəl İsrailin Hayfa hava limanına hücum təşkil etdiyini iddia etmişdi.

 

Gununsesi.info