“İranın dron hücumu Azərbaycanın strateji ləyaqətinə xəyanətdir”

“İranın Naxçıvana dronla zərbə endirməsi təkcə hərbi təxribat deyil, həm də regionda onilliklərdir qorunub saxlanılan kövrək balansın və “mehriban qonşuluq” ritorikasının rəsmən iflasıdır”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Azər Niftiyev deyib:

“Azərbaycanın müstəqil xarici siyasət yürütməsi və öz ərazisini heç bir dövlətə, o cümlədən İrana qarşı plasdarma çevirməməsi rəsmi Bakının nümayiş etdirdiyi ən böyük strateji ləyaqət nümunəsidir.

Lakin Tehranın bu etimada xəyanət edərək dinc Naxçıvanı hədəf alması, regiondakı bütün mənəvi və diplomatik körpüləri yandıran, geri dönüşü olmayan bir strateji intihardır”.

O vurğulayıb ki, bu təcavüzkar addım Azərbaycanın milli suverenliyinə qarşı açıq savaş elanı olmaqla yanaşı, illərdir pərdəarxasında gizlədilən xəbis niyyətlərin artıq dronların qanadlarında aşkara çıxması deməkdir:

“Şübhəsiz ki, ölkəmiz bu xəyanəti heç vaxt unutmayacaq və öz torpağının hər qarışını qorumaq üçün həm masada, həm də meydanda ən sərt və sarsıdıcı cavabı verməyə tam qadirdir”.

Qeyd edək ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanının İran tərəfindən dron zərbəsinə məruz qalıb.

Banu