Son günlər Rusiya Ukraynaya hava hücumundan İran dronlarından istifadə edir.
Bu yazıda həmin dronlar və onlara qarşı alternativ vasitələrə toxunaq.
İlk növbədə “Shahed-136” dronlarına dair bəzi hərbi-texniki məsələlərinə toxunaq.
“Shahed-136”-lar Rusiyada modernləşdirilir, onlar GLONASS-la(qlobal naviqasiya peyk sistemi) təchiz olunur. Bu sistem dronların zərbələrinin dəqiqliyini artırır. Bundan əlavə dronların zərbə məsafəsinin artırılması istiqamətində də modernləşdirmə prosesi gedir.
Buna baxmayaraq “Shahed-136”-ları real vaxt rejimində idarə etmək mümkün deyil, manevr imkanı yoxdur.
Müttəfiqlər Ukrayna üçün güclü HHM sistemilə yanaşı, Kiyev üzərində “dron əleyhinə qübbə”nin qurulması ilə məşğuldur. İş gedir.
Dünən Karin Jan-Pyer(Ağ Evin mətbuat katibi) bəyan etdi ki, rəsmi Tehran Rusiyaya dronların tədarükünü davam etmək niyyətindədir. Jan-Pyer əlavə etdi ki, ABŞ bu dronların istehsalında iştirak edən şirkətlərə və ölkələrə qarşı tədbirlər görəcək.
Oxşar bəyanatla Cozef Borrell də çıxış etdi.
Yeni sanksiyalar üzərində iş başlayıb.
Səhv salmayaq, söhbət ancaq DRONLARA görə cavab tədbirlərlərdən gedir, əgər İran ballistik raketlərin tədarükünə start versə, ABŞ TAMAMİLƏ fərqli kompleks tədbirlərlə cavab verəcək, həm rəsmi, həm qeyri-rəsmi müstəvidə…
Etibarlı mənbələr xəbər verir ki, ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin üzvləri İrandan nefti idxal edən ölkələrlə danışıqlara başlayıblar. Çox ciddi siqnaldır.
Kamal Cəfərov