İranın erməni sevgisi: İsfahanda erməni muzeyi açıldı – VİDEO

  • By admin
  • 24 Mart 2021 20:40

İran erməni sevgisini hər fürsətdə açıq şəkildə büruzə verir.

Tarixən türklərə düşmən kəsilən fars rejimi Cənubi Azərbaycanda yaşayan təqribən 35 milyonluq soydaşımıza ana dilində məktəb açmağa, danışmağa icazə verməzkən, erməni məktəbləri, muzeyləri açmaqda, saxta etməni tarixini yaşatmaqda maraqlı görünür.

HTML tutorial

Biz molla rejiminin erməni sevgisini 44 günlük Vətən müharibəsində də gördük. Lakin qalib Azərbaycanı görən İran, öz xarici siyasətində korrektə etməyə başladı. Ancaq bu ikiüzlü siyasət işə yaramadı. İran sərgilədiyi mövqe ilə oyundan kənarda qaldı. Elə Azərbaycan Prezidenti İlham Əliyevin xarici jurnalistlərlə keçirdiyi brifinqdə iranlı jurnalistin provokasiya xarakterli, öncədən hazırlanmış sualı da İranın Azərbaycana yanaşmasından xəbər verir.

Lakin hər keçən gün daxildən çürüyən fars rejimi, bu ayrı-seçkiliyə uzun müddət davam edə bilməyəcək. İran hələlik “gözü çıxmış qardaşından” özgəsinin haqlarını heçə saymağın nə ilə nəticələnəcəyini anlamayıb. İranın daha bir riyakarlığı mədəniyyət düşməni, vandal ermənilərin oğurluq və qurama “mədəniyyət”ini yaşatmaq istəyidir.

Azərbaycanın real və qədim mədəni abidələrini dağıtdıran, soydaşlarımıza adət-ənənələrimizi unutdurmağa çalışan İran, tarixən region dövlətlərinin mədəniyyətini, tarixini saxtalaşdırıb öz adına çıxmağa çalışan Ermənistan üçün İsfahanda muzey açıb. Belə ki, İranın Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə İsfahan şəhərində “Qədim Erməni Musiqi Alətləri Xəzinəsi” adlı Muzey açılıb. Muzeydə erməni bəstəkarların şəkilləri, həyatlarını əks etdirən guşə də yer alıb. Burada Azərbaycanın milli musiqi alətləri olan tarın və sazın erməni musiqi alətləri kimi yer alması da diqqətdən yayınmır. Bu ayrı-seçkilik yaxın zamanda İranın daxilində böyük və qarşısıalınmaz etiraza çevriləcək, fars rejiminin üzünə tarixin sərt silləsi kimi dəyəcək.

 

Gununsesi.info