İranın hər kəsdən gizlətdiyi savaş gəmisinin peykdən GÖRÜNTÜSÜ YAYILDI

İran İnqilab Keşikçiləri Korpusunun adını və xüsusiyyətlərini yaxın gələcəkdə açıqlayacağı iddia edilən və gizli saxladıqları döyüş gəmisinin peykdən çəkilən görüntüləri yayılıb.

Gununsesi.info-nun məlumatına görə, yayımlanan peyk fotosunda İran İnqilab Keşikçiləri Korpusunun yeni gəmisinin təqribən 64 metr uzunluğunda, daha böyük və ağır silahlarla təchiz olunmuş çoxsaylı raket sisteminə sahib olduğu müşahidə edilib.

HTML tutorial

Hazırda İnqilab Keşikçilərinin xidmətində olan gəminin çox sayda silahlarla təchiz olunduğu bildirilib. Yeni gəmi İranın Buşehr şəhərindəki Şəhid Mahallati Gəmiqayırma Zavodunda inşa olunur.

Gununsesi.info