
“İran İsmayıl Haniyənin öldürülməsinə İsrailin böyük şəhərlərindən birinə zərbə endirməklə cavab verə bilər”.
Gununsesi.info xəbər verir ki, bu barədə İranlı analitik Əmir Hüseyn Vəzirian “Newsweek” jurnalına verdiyi müsahibədə deyib: “İran və müqavimət oxunun digər üzvləri İsrailin ən böyük şəhəri Təl-Əvivə və hətta Hayfaya zərbə endirə bilər”.
Bildirilir ki, Vəzirian Haniyyənin qətlinə üç mümkün cavab deyib.
1. İslam Respublikasının Dəməşqdəki konsulluğunun atəşə tutulmasına cavab olaraq İsrailə qarşı “birbaşa əməliyyat”ı əhatə edir.
2. Tehran Yaxın Şərqdəki müttəfiqlərini, o cümlədən Hizbullahı və üsyançı Yəmənin Ənsar Allah (Husi) hərəkatını cəlb edə bilər.
3-cü variant isə “hibrid əməliyyat” adlanır ki, bu da həm İsrailə birbaşa hücumu, həm də “müqavimət oxu”nun eyni vaxtda zərbələrini əhatə edir.
İranlı ekspert hesab edir ki, tərəflərdən heç biri genişmiqyaslı müharibəyə başlamaq niyyətində deyil.
Şəbnəm
Gununsesi.info