İranın idman nazirinin beyninə qan sızıb - VİDEO/YENİLƏNDİ

Cümə axşamı İranın cənubunda helikopter qəzası nəticəsində yaralanan ölkənin idman naziri Seyid Həmid Səccadi Hazave beyinə qan sızması diaqnozu ilə Kirmandakı xəstəxanaya aparılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İRNA agentliyinə Kirmanın fövqəladə hallar xidmətinin rəhbəri məlumat verib.

HTML tutorial

17:51

İranda helikopterin qəzaya uğraması nəticəsində ölkənin idman nazirinin müşaviri həlak olub, 12 nəfər yaralanıb.

Bu barədə farsnews xəbər verib.

17:36

İranın idman naziri Seyid Həmid Səccadi Hazavenin olduğu helikopter qəzaya uğrayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, qəza ölkənin cənubundakı Baft şəhərində helikopter eniş edərkən baş verib.

Məlumata görə, Seyid Həmid Səccadi Hazavenin vəziyyəti stabildir. O və digər sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya aparılıblar.

Gununsesi.info