İranın İsrailə hücum təhlükəsi davam edir

İran İsrailə hücum planından əl çəkməyib.

Gununsesi.info xəbər verir ki,CNN xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Məlumatlara görə, İran İsrailə hücum təhdidindən əl çəkməyib”, – ABŞ hökumətinin sözçüsü bildirib.

Kirbi həmçinin vəziyyətin silahlı hücuma çevrilməyəcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Qərbin İsrailə hücum etməmək çağırışlarına cavab verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənaninin sözlərinə görə, Qərb ölkələrinin İsrailə qarşı təmkinli olmağa çağırışları beynəlxalq hüququn prinsiplərinə ziddir.

 

 

Gununsesi.info