İranın İsrailə hücumundan sonra neft bahalaşdı…

  • Müəllif: Orxan
  • 02 Oktyabr 2024 09:44

İranın İsrailə raket hücumu birjalarda neftin qiymətini artırıb.

Gununsesi.info xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 1,75% artaraq 1 barrelə görə 74,85 ABŞ dollarına yüksəlib.

Paralel olaraq Nyu Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə VTİ markalı neftin 1 barrelinin qiyməti də 1,93% artaraq 1 barrelə görə 71,18 ABŞ dolları təşkil edib.

 

Gununsesi.info