İranın Mahan Air aviaşirkəti Bakıya həftədə 3 dəfə uçuşlar həyata keçirəcək

  • By admin
  • 07 Oktyabr 2016 11:00
mahan_air_boeing_747-400_kvw
İranın Mahan Air aviaşirkəti Bakıya həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.
Bu barədə Gununsesi.info-ya AZAL mətbuat xidmətindən verilib.
İranın Mahan Air aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra vermişdir.
Uçuşların həftədə 3 dəfə – çərşənbə axşamı, çərşənbə və bazar günləri Airbus A310 layneri ilə yerinə yetirilməsi planlaşdırılır. 
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” və ATA Airlines aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.    
Gununsesi.info