İranın müdafiə naziri Azərbaycana gəlir

  • By admin
  • 19 Fevral 2018 17:18

İranın müdafiə naziri Əmir Hatəmi Azərbaycana səfər edəcək.

Gununsesi.info-nun İran Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ə.Hatəmi azərbaycanlı həmkarı Zakir Həsənovun dəvəti ilə Bakıya səfər edəcək.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr ediləcək.

Gununsesi.info